İBM şirkətinin əməkdaşına 5 il həbs cəzası verildi | Banco.az

İBM şirkətinin əməkdaşına 5 il həbs cəzası verildi

2018-ci ilin yanvar ayında İBM şirkətində 2010-cu ilin noyabr ayından 2014-cü ilin iyul ayına qədər( təxminən 4 ilə yaxın) olan müddətdə proqramçı vəzifəsində çalışmış 32 yaşlı Çzyan Syuya şirkətə məxsus poprietar giriş kodunu oğurladığına görə 5 il müddətinə həbs cəzası verilmişdir.

Reyters informasiya agentliyinin ABŞ-ın prokuroru Cefri Bermanın(Geofrey Berman) bəyanatına istinadən məlumat verir ki, 5 il müddətinə həbsxanada keçirməklə cəza hökmünün çıxarılması Nyu York ştatının Bayt Pleyns şəhər dairəsinin hakimi Kennet Karas(Kenneth Karas) tərəfindən çıxarılmışdır.

Məhkəmə hökmünün çıxarılmasına qədər olan bir neçə ay ərzində iqtisadi cəsusluqda və İBM-ə məxsus kompüterlərin iş qabiliyyətinin artırılmasının təmin edilməsi məqsədilə nəzərdə tutulmuş klaster fayl sisteminin işlənib hazırlaması ilə bağlı kommersiya sirrinin oğurlanmasında özünün günahkar olduğunu etiraf etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Məhkəmə sənədlərində bildirilir ki, Federal Tədqiqatlar Bürosuna(FBİ) İBM-in oğurlanmış kodunun Çində artıq kommersiya məqsədilə istifadə olunmasıilə bağlı şikayət daxil olduqdan sonra araşdırmalara başlanmışdır. Tədqiqat zamanı sonradan həbs edilən Çzyan Syunun İBM-də işlədiyi 4 il müddətində şirkətin klaster fayl sisteminin giriş kodlarına tam olaraq girişinin olduğu sübuta yetirilmişdir.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et