“IBM” şirkəti I rübdə gəlirlərini artırdığını açıqlayıb | Banco.az

“IBM” şirkəti I rübdə gəlirlərini artırdığını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“IBM” şirkətinin gəlirləri birinci rübdə artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “IBM” yanvar-mart aylarını əhatə edən ilin I rübü üzrə balans hesabatını açıqlayıb.

Buna görə, şirkətin bu ilin ilk rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə 0,4 faiz artaraq 14,3 milyard dollara çatıb. “IBM” 2022-ci ilin eyni rübündə 14,2 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti isə ilin I rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq 927 milyon dollara çatıb. “IBM”in xalis mənfəəti ötən ilin eyni rübündə 733 milyon dollar olaraq açıqlanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin ilk rübündə 73 sent olan səhmbaşına mənfəət isə bu ilin ilk rübündə 1,02 dollar olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et