IBM-in gəliri ikinci rübdə 1 faiz artıb | Banco.az

IBM-in gəliri ikinci rübdə 1 faiz artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Amerika texnologiya şirkəti "IBM"  2026-cı ilin aprel-iyun ayları üzrə maliyyə hesabatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin ilin ikinci rübündə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 17,2 milyard dollara çatıb.

"IBM" ötən ilin eyni dövründə 16,98 milyard dollar gəlir əldə etdiyini bildirib.

Şirkətin səhm başına mənfəəti də ötən ilin ikinci rübündəki 2,31 dollardan bu ilin eyni dövründəki 2,27 dollara düşüb.

IBM-in gəliri və səhm başına qazancı bu dövrdə bazar gözləntilərindən aşağı olub.

Şirkət həmçinin bildirib ki, sabit məzənnə əsasında 2026-cı il üçün gəlir artımının 4-5 faiz arasında olacağını proqnozlaşdırır.

IBM-in baş direktoru Arvind Krişna maliyyə nəticələrini qiymətləndirərkən bildirib ki, şirkət süni intellekt və avtomatlaşdırma vasitəsilə gəlir artımını və mənfəətliliyi sürətləndirmək, şirkət daxilində səmərəliliyi artırmaq və innovasiyanın sürətlə kommersiyalaşdırılmasına investisiyaları artırmaq üçün addımlar atır.