Müəllif: Tamara Mustafayeva, Banco.az
“IBM”in gəliri bu ilin ikinci rübündə 0,4 faiz azalaraq 15,48 milyard dollar olub.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “IBM” aprel-iyun dövrü üzrə balans hesabatını açıqlayıb.
Hesabata görə, şirkətin gəlirləri cari ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq 15,48 milyard dollara düşüb. “IBM” firması 2022-ci ilin ikinci rübündə 15,54 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti isə sözügedən dövrdə əvvəlki ilin eyni dövrünə nəzərən 13 faiz artaraq 1,6 milyard dollara çatıb. Ötən ilin ikinci rübündə “IBM”in xalis mənfəəti 1,4 milyard dollar açıqlanmışdı.
Texnologiya firmasının ötən ilin ikinci rübündə 1,53 dollar olan səhm üzrə mənfəəti isə bu ilin ikinci rübündə 1,72 dollar olaraq qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!