İBM bu rüb 19 milyard dollar gəlir əldə etdi | Banco.az

İBM bu rüb 19 milyard dollar gəlir əldə etdi

İBM şirkəti ötən rübün hesabatını dərc edib

Hesabat dövrü şirkətə 19,3 milyard dollar həcmində gəlir gətirib. Bu, ötən ilin ikinci rübü ilə müqayisədə 5 faiz azdır. 

Əməliyyat gəlirləri bir il ərzində 2 faiz azalaraq 2,8 milyard dollar olub. Şirkətin xalis mənfəəti 7 faiz azalaraq 2,3 milyard dollar təşkil edib. 

İstehsalçı qeyd edib ki, fəaliyyətin strateji istiqaməti 2016-cı ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə gəlirlərin 5 faiz artdığını nümayiş etdirir. Bununla belə, stratejiyə aid olan bulud hesablamaları seqmentində gəlir 15 faiz artıb. Pul nisbətində bu seqmentdə satışlar 3,9 milyard dollara çatıb. 

Rüb ərzində İBM 3,5 milyard dollar həcmində olan pul axınının generasisına nail ola bilib. Bu müddət ərzində səhmdarlara divident şəklində 1,4 milyard dollar həcmində vəsait ödənilib. Eyni məbləğdə vəsait səhmlərin alınmasına sərf edilib. 

Şirkət rübə 12,3 milyard dollar həcmində pul vəsaiti və 45,7 milyard dollar həcmində borcla yekun vurub.

Ən sərfəli kredit üçün müraciət et

lent.az

Ən sərfəli krediti almaq üçün müraciət et