Bir hesabdan digərinə pul köçürmə zamanı ən vacib məlumat - İBAN (vəsaiti alan şəxsin) nömrəsidir. Belə ki, Azərbaycanda ilk dəfə 2013-cü ildə müştəri hesablarının İBAN sisteminə əsasən tərtibi həyata keçirildi. Əgər əvvəllər vəsaiti göndərmək üçün hesab nömrəsini bilmək kifayət edirdisə, indi müştəri vəsaiti alan şəxsin İBAN nömrəsini mütləq bilməlidir. AR Qanunvericiliyinə görə İBAN 28 rəqəmli olub, ilk 2 simvolu - ölkə kodunu (AZ), 3-cü və 4-cü rəqəmlər nəzarət rəqəmlərini və növbəti 4 simvol isə bankın BİC kodunun ilk 4 rəqəmini, sonrakı 20 rəqəm isə müştərinin hesab nömrəsini göstərir.
İBAN nörməsi ilə yanaşı aşağıdakı məlumat və sənədlərin qeyd olunması vacibdir:
- qəbul edənin adı və soyadı;
- qəbul edən bankın SWIFT-kodu;
- qəbul edənin hesab nömrəsi və ya IBAN;
- ödənişin təyinatı;
- şəxsiyyət vəsiqəsi
- ölkə xaricinə yüksək məbləğdə vəsait göndərildiyi zaman vəsaitin mənbəyini təsdiq edən sənəd (alqı-satqı haqqında müqavilə və s.) və s.
Artıq bir ildən çox müddət keçməsinə baxmayaraq, hələ də bəzi insanlar pul köçürməsi etmək üçün hesab nömrəsi ilə banka yaxınlaşırlar. Bu səbəblə də bir sıra banklar müştərilərə keyfiyyətli xidmət çərçivəsində onlayn şəkildə hesab nömrəsini daxil edərək İBAN nörməsini əldə etmək kimi xidmət təklif edir. Bunun üçün sadəcə həmin bankların saytlarına daxil olaraq hesab nömrənizi daxil etmək kifayət edir. Əgər siz də AFB Bank, Azərbaycan Sənaye Bankı, Bank Respublika, Bank Technique və Unibank kimi bankların müştərilərisinizsə, onda asanlıqla İBAN nörmənizi əldə edə bilərsiniz.
* Qeyd birbaşa keçid üçün müvafiq bankın üzərində klik etməyiniz kifayətdir.