IBAN-International Bank Account Number, yəni beynəlxalq bank hesab nömrəsidir.
IBAN nömrəsi, Avropa Birliyi tənzimləmələri çərçivəsində tətbiq olunmağa başlanan yeni bir hesab nömrəsi təyin sistemidir.
IBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO136161 beynəlxalq standartına uyğun olaraq yaradılan və maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir.IBAN layihəsinin tətbiqinə Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində yaradılmış İşçi Qrupu (İQ) tərəfindən başlanılmışdır.
Müştəri hesabları isə 07.01.2013-cü il tarixindən IBAN strukturuna keçirilmiş və real rejimdə istifadəsinə başlanılmışdır.
Artıq bankların hamısı müəyyən bir standart üzərindən hesab nömrəsi verməkdədir, bununla da pul köçürmələri daha sürətli, keyfiyyətli və etibarlı hala gəlmişdir.
IBAN, hər ölkədə fərqli uzunluğa və formata sahib olan bank hesab nömrələrinin hamısını müəyyən bir standart sistemə bağlayır. Beləliklə hesablar arası köçürülmələrdə problemlər və ya gecikmələr kimi risklər ən aşağı səviyyəyə düşür.
IBAN Standartı Iban nömrələri yaradılarkən təqib edilən prosedurdur. Bu prosedura görə Iban nömrələri maksimum 34 pillədən ibarətdir və hər pillə bir xüsusiyyətin kodlanmasına xidmət edir.
Ölkəmizdə tətbiq olunan İBAN 28 simvoldan ibarət olmaqla aşağıdakı struktura malikdir.
AZ NR BANK HHHH HHHH HHHH HHHH HHHH
Burada,
AZ - Azərbaycan Respublikasının ölkə kodudur ("AZ").
NR - hesabın doğruluğunun yoxlanılması üçün nəzarət rəqəmləridir.
BANK - maliyyə institutunun SWIFT BIC -inin ilk 4 simvoludur.
HHHHHHHHHHHHHHHHHHHHH - müştəri hesab nömrəsidir.
Bank hesabı açılan müştərilərdən IBAN tətbiqi ilə əlaqədar əlavə xidmət haqqı tutulmur.