IATA 2021-ci il üzrə hava nəqliyyatına dair proqnozunu açıqladı | Banco.az

IATA 2021-ci il üzrə hava nəqliyyatına dair proqnozunu açıqladı

Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) bugünədək həyata keçirilən rezervasiyaların aviasiya sənayesi üçün 2021-ci ilin "proqnozlardan daha pis" keçəcəyinə işarə etdiyini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, IATA tərəfindən edilən açıqlamaya görə, aviasiya sənayesi nağd vəsaitlərininin əvvəlcədən nəzərdə tutulan miqdardan daha çoxunu istifadə etməli olacaq və 2021-ci ildə Gəlir Sərnişin Kilometrləri (RPK) göstəricisi ötən ilə nəzərən 62-67% aralığında geriləyəcək.

IATA həmçinin bu ilin aprel ayından etibarən "Covis-19 səyahət kartı" buraxmağa başlayacaqlarını vurğulayaraq hökumətlərə də rəqəmsal peyvənd sertifikatlaşdırma sisteminə keçmələri üçün çağırış edib.

Xatırladaq ki, Assosiasiya daha əvvəl də açıqlama edərək 2021-ci ildə 2019-cu ildəki göstəricilərin 50%-nə çatmağın mümkün olacağını, ancaq bu səviyyəyə nasil olmağın belə çətin başa gələcəyini bildirmişdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram