Avqustun 1-də Beynəlxaq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) sədri və baş katibi Deyvid Vilyams (David Williams) Azərbaycana səfər edəcək. Banco.az " Report"a istinadən xəbər verir ki, səfər avqustun 5-dək davam edəcək.
Qurumun sədri Gürkan Kumbaroğlu G20 ölkələrinin noyabrda Antalyada keçiriləcək konfrans öncəsi gerçəkləşəcək səfər zamanı bir sıra rəsmilərlə görüşlərin keçiriləcəyini bildirib:
"Azərbaycana səfərimizdə nazirlər, enerji sektorunun nümayəndələri və elm adamları ilə önəmli iş birliyinə imza atacağımıza inanırıq. Bu ilin noyabrın 14-də Antalyada G20 ölkələrinin konfransı keçiriləcək və gələn ilin avqustun 29-da isə Bakıda "I IAEE Avrasiya Konfransı" gerçəkləşəcək. G20 zirvəsi öncəsi biz Antalyada özəl bir təbii qaz konfransıl düzənləyəcəyik və Azərbaycan, Türkiyə və Rusiyadan olan şəxslərlə geosiyasi məslələri müzakirə edəcəyik", - G. Kumbaroğlu əlavə edib.