I rübdə dövlət xətti ilə verilən ipoteka kreditlərinin məbləği açıqlanıb | Banco.az

I rübdə dövlət xətti ilə verilən ipoteka kreditlərinin məbləği açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayları ərzində 125 milyon manat kredit verilib.

Bu, ötən ilin eyni dövrü ilə (115 milyon manat) müqayisədə 10 milyon manat və ya 8,7% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 71.4 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram