I rübdə dövlət xətti ilə 30 milyon manat ipoteka krediti verilib | Banco.az

I rübdə dövlət xətti ilə 30 milyon manat ipoteka krediti verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayı ərzində 30,1 milyon manat kredit verilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə (125 milyon manat) müqayisədə 94,9 milyon manat və ya 4,2 dəfə azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 75,8 milyon manat (illik müqayisədə 6,2% çox)  olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram