I rübdə Azərbaycana avtomobil idxalı 33% azalıb | Banco.az

I rübdə Azərbaycana avtomobil idxalı 33% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-mart aylarında 15 351 ədəd (illik müqayisədə 7 585 ədəd və ya 33,1% az) avtomobil idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtomobillərin dəyəri isə 339 milyon 631 min dollar təşkil edib.

Bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 60 milyon 621 min dollar və ya 15,1% azdır.

Qeyd edək ki, ötən ilin ilk 3 ayında ölkəyə 400 milyon 252 min dollarlıq 22 936 ədəd avtomobil idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram