Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-mart (I rüb) aylarında Azərbaycan 18.5 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 7.2 milyon dollar və ya 28% azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2023-cü ilin eyni dövründə qızıl ixracının ümumi dəyəri 25.7 milyon dollara bərabər olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 162.8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.
Bizi sosial şəbəkələrdən izləyin!!