I rübdə Azərbaycan Gürcüstana birbaşa investisiyaları iki dəfə artırıb | Banco.az

I rübdə Azərbaycan Gürcüstana birbaşa investisiyaları iki dəfə artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.

Banco.az bunu Gürcüstan Milli Statistika Xidmətinə istinadən bildirir.

Məlumata görə bu, illik müqayisədə 12.3 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana investisiya qoyuluşu 12,7 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycanın Gürcüstana yatırılan ümumi investisiyalarda payı isə 13,9% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram