Hyundai yeni elektrik krossoveri istehsal edəcək | Banco.az

Hyundai yeni elektrik krossoveri istehsal edəcək

Elektrokar yeni platforma — “Electric-Global Modular Platform” (E-GMP) üzərində qurulacaq.

2021-ci ildə “Hyundai” “Kona Electric”dən bir pillə yuxarı yer tutacaq yeni elektrik krossoverinə malik ola bilər. “BusinessKorea”nın məlumatına görə, “Electric-Global Modular Platform” (E-GMP) tərəfindən xüsusi hazırlanmış modul platforması bu yeni elektrokar üçün əsas olacaq. Mühərriklər və batareyanın necəliyi barədə, hələ məlumat yoxdur. Ehtimal ki, gediş ehtiyatı 450 km olacaq. Müqayisə üçün, qeyd edək ki, “Kona Electric” bir dəfəlik elektrik ehtiyatı ilə 415 km məsafəni qət edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Hyundai” yeni bir krossover haqqında məlumatı təsdiqlənmir. Məlumdur ki, şirkət orta səviyyəli N-elektrik xəttinin idman avtomobilini yaratmaq üçün “Rimac Automobili” ilə birləşib. Bu ilin may ayında “Hyundai Motor Group” və “Rimac Automobili” strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar və bu saziş çərçivəsində Xorvatiya şirkəti 2020-ci ilə qədər konsernə iki yeni prototipin işlənib hazırlanmasına kömək edəcək.

“Hyundai” hesab edir ki, “Rimac” ilə əməkdaşlıq onlara elektrokar bazarında möhkəmlənməyə, artıq mövcud olan çalışmaları bir az da inkişaf etdirməyə imkan verəcək.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç