Cənubi Koreyanın avtomobil nəhəngi “Hyundai” bazara yeni təqdim edəcəyi elektrik mühərrikli, “Kona Electric” modeli üçün indidən reklam kampaniyasına başlayıb.
“Electrek” adlı internet saytı yazır ki, SUV sinifinə daxil olacaq avtomobilin növbəti aylarda istehsala başlayacağı gözlənilir.
Avtomobil nəhəngi yeni modelini Avropa bazarlarında təqdim etmək üçün bilbord reklamlardan istifadə edib. Bilbordun üzərində yazılan “İndi sənin növbəndir, İlon” kəlməsi isə marağa səbəb olub.
“Hyundai” tərəfindən açıqlanan məlumatlara görə, nəqliyyat vasitəsinin texniki göstəriciləri heç də “Tesla”dan geri qalmır. Belə ki, avtomobil saatda 167 km maksimum sürətə malikdir. Avtomobilin bir dəfəyə qət etdiyi məsafə isə 470 km-dir. “Tesla”nın SUV sinifinə daxil olan “Tesla Model X” isə bir səfərdə 475 km məsafəni qət edə bilir.
İnternet saytının yazdığına görə, “Hyundai”ın yeni reklam kampaniyasında birbaşa olaraq rəqibi “Tesla”nı göstərməsinin səbəbi odur ki, “Tesla”nın yaxın zamanlarda bazara SUV sinifinə daxil olan “Tesla Model Y”ni buraxacaq.
Şirkətin “Hyundai Kona Electric” üçün hazırladığı təqdimat videosu “YouTube” platforması üzərində yayımlanıb.
Facemark.az