Müəllif:Ayşən İmanova/Banco.az
Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor” tikintinin başlamasından iki il sonra ABŞ-nin Corciya ştatındakı zavodunda elektrik avtomobillərinin istehsalına başlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, ildə 300 min elektromobil istehsal edəcək müəssisənin dəyəri 7,6 milyard dollar təşkil edib. Bildirilib ki, burada, həmçinin batareyalar istehsal ediləcək.
Zavodun açılış mərasimi 2025-ci ilin birinci rübündə keçiriləcək. Elektrik avtomobillərinin amerikalı avtomobil dilerlərinə ilk tədarükləri isə bu ilin sonuna qədər baş tutacaq.
Şirkətdə istehsal bu ilin birinci yarısında “Tesla”dan sonra ABŞ-də ən çox satılan elektrik avtomobilləri olan “Ioniq 5” modellərinin buraxılması ilə başlayıb.
Ümumilikdə Cənubi Koreya şirkətinin üçüncü rübdə ABŞ-də satışları ötən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 210,971 min avtomobilə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!