“Hyundai” Cənubi Koreya iqtisadiyyatına 16,7 milyard dollar sərmayə qoyacaq | Banco.az

“Hyundai” Cənubi Koreya iqtisadiyyatına 16,7 milyard dollar sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Cənubi Koreyanın “Hyundai Motor Group” konserni 2025-ci ildə ölkə iqtisadiyyatına rekord məbləğdə - 24,3 trilyon von (16,6 milyard dollar) investisiya qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, planlaşdırılan sərmayəyə 11,5 trilyon vonluq “Ar-Ge” xərcləri və 12 trilyon vonluq elektrikli avtomobil istehsal müəssisələrinin təkmilləşdirilməsi daxildir. Qalan vəsait avtonom idarəetmə sahəsində texnoloji inkişafın sürətləndirilməsinə yönəldiləcək.

Qeyd edək ki, “Hyundai”, “Toyota” və “Volkswagen”dən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısıdır. Bu il şirkət qlobal satışları 2% artıraraq 7,4 milyon avtomobilə çatdırmaq niyyətindədir.