"Hyundai" 226 mindən çox avtomobili geri çağıracaq | Banco.az

"Hyundai" 226 mindən çox avtomobili geri çağıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

"Hyundai" ABŞ-də 226 mindən çox avtomobili arxa görüntü kamerası problemi səbəbindən geri çağıracaq.

Banco.az xəbər verir ki, bu barədə “MarketWatch” məlumat yayıb.

Məlumata görə, geri çağırma 2021-2022-ci model ili “Santa Fe” və “Elantra” avtomobillərini əhatə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin ABŞ tənzimləyicilərinə göndərdiyi sənədlərdə qeyd olunur ki, çap dövrə lövhəsindəki lehim birləşmələri çatlar əmələ gətirə və zamanla kameranın sıradan çıxmasına səbəb ola bilər. Bu da öz növbəsində sürücünün görmə qabiliyyətini azalda və qəza riskini artıra bilər.

Qeyd olunub ki, sözügedən avtomobillərdə cihazların dəyişdirilməsi sahibləri üçün pulsuz həyata keçiriləcək.