Hüquqşünaslar üçün VAKANSİYA | Banco.az

Hüquqşünaslar üçün VAKANSİYA

Vakansiya! Özünə güvənən hüquqşünaslar üçün ƏLA İMKAN

Banco.az portalı olaraq, vakansiyalar barədə ətraflı məlumatı sizin diqqətinizə çatdırırıq:

Hüquqi təminat şöbəsinin hüquqşünası

Tələblər: 

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil; 
  • Müvafiq sahədə ən azı 1 il iş stajı; 
  • Microsoft Office proqramlarını bilmək; 
  • Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı; 
  • Azərbaycan dilini sərbəst bilmək. (Rus və İngilis dillərini bilmək arzuolunandır) 

Vəzifə öhdəlikləri: 

  • Bank daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək; 
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq; 
  • Qanunvericilik aktlarının və bank daxili normativ sənədlərinin uçotunu aparmaq; 
  • Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; 
  • Bankın aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
  • Bankda daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək; 
  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək; 
  • Bankın hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının 
  • Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək; 

İcra işlərinin hüquqi tənzimlənməsi şöbəsinin hüquqşünası

Tələblər: 

  •  Hüquqşünaslıq ixtisası üzrə ali təhsil; 
  •  Müvafiq sahədə ən azı 1 il iş stajı; 
  •  Microsoft Office proqramlarını bilmək; 
  •  Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı; 
  •  Azərbaycan dilini sərbəst bilmək. 

Vəzifə öhdəlikləri: 

  • Qanuni qüvvəsini almış məhkəmə aktlarının (qətnamə, əmr və s.) uçotunu aparmaq; 
  • İcra məmurları tərəfindən məhkəmə aktlarının icrası üzrə tədbirlərin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsində iştirak etmək; 
  • Verilmiş icra vərəqələri üzrə İcra məmurları tərəfindən icraata başlamaq haqqında qərarların vaxtında qəbul edilməsinə və verilmiş könüllü icra müddətində borcun ödənilməsinə nəzarət etmək; 
  • Qətnamə vaxtında icra edilmədikdə, təmin edilməmiş kreditlər üzrə borcalanların, onların zaminlərinin və əmlaklarının axtarışında iştirka etmək; 
  • Cavabdehin ümumi əmlak vəziyyətininin araşdırılması məqsədilə, aidiyyəti orqanlara sorğuların verilməsi icra şöbələrindən tələb etmək; 
  • Məhkəmə aktları üzrə cavabdehlər tərəfindən aparılan ödənişlərin uçotunu aparmaq; 
  • Aşkar edilmiş əmlaklara tutmanın yönəldilməsi məqsədilə zəruri sənədləri hazırlamaq və icra məmuruna təqdim etmək; 
  • Aşkar edilmiş əmlakın İcra məmuru tərəfindən götürülməsi, onun satılması və əldə olunmuş vəsaitin Banka köçürülməsində iştirak etmək; 
  • İpoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın) qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətinlərinə sifarişlərin verilmək və onlar tərəfindən obyektiv qiymətləndirilməsi işlərinin həyata keçirilməsində iştirak etmək; 
  • Banka ipoteka qoyulmuş və qətmanə ilə tutma yönəldilmiş ipoteka predmetlərinin məhkəmə tərəfindən müəyyən edilmiş və ya sonradan icra məmurunun sifarişi əsasında qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş qiymətlərlə satılmasıüçün ixtisaslaşdırlmış hərrac mərkəzləri tərəfindən açıq hərraca çıxarılması və satılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək; 
  • Açıq hərracdan satılmayan və tələbkar kimi Banka təklif olunan ipoteka predmetlərinin Bankı qane edən şərtlərlə hərracdan alınması və Bankın mülkiyyətinə götürülməsi üçün bütün zəruri tədbirləri görmək; 
  • Açıq hərracdan alınaraq Bankın mülkiyyətinə götürülmüş ipoteka predmetlərinin, icra 
  • tədbirləri nəticəsində aşkar edilmiş cavabdehlərə məxsus əmlak və əşyaların qiymətləndirilməsini təşkil edilməsi, onların satılmasında iştirak etmək və əldə edilmiş vəsaitin qətnamələrin icrasına yönəldilməsi işlərində yaxından iştirak etmək; 
  • Təminatsız kredit borcları ilə əlaqədar çıxarılmış məhkəmə qətnamələrinə əsasən borcalan və zaminlərin iş yerlərinin müəyyən edeilməsi və borcun əmək haqqına yönəldilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmək; 
  • İcra edilmiş məhkəmə aktları üzrə icraata xitam verilməsi, ipoteka predmetlərinin yüklülükdən azad edilməsi üçün zəruri sənədləri hazırlamaq və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək;

Mübahisəli məsələlərin hüquqi tənzimlənməsi şöbəsinin hüquqşünası

Ən sərfəli kredit üçün müraciət et

Tələblər: 

  • Hüquq ixtisası üzrə ali təhsil; 
  • Müvafiq sahədə ən azı 1 il iş stajı; 
  • Microsoft Office proqramlarını bilməli; 
  • Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı; 
  • Azərbaycan dilini sərbəst bilməli. 

Vəzifə öhdəlikləri: 

  • Ümumi və inzibati-iqtisadi məhkəmələrinə Bankın adından pretenziyalar, ərizələr və iddia ərizələri, pretenziyalara cavablar və iddialara etirazlar hazırlamaq; 
  • Ümumi, inzibati-iqtisadi və apellyasiya məhkəmələrində Bankın maraqlarının qorunması məqsədi ilə nümayəndəliyi təmin etmək; 
  • Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya və iddialarla bağlı sənədlərin uçotunu aparmaq; 
  • Bankda iddia işlərini aparmaq, məhkəmələrdə müəyyən edilmiş qaydada Bankın maraqlarını qorumaq; 
  • Pretenziya işlərinin təşkili və aparılmasında Bankın müvafiq struktur bölmələrinə məsləhət və metodik köməkliklər göstərmək; 
  • Əmək mübahisələrinin həlli üzrə səlahiyyətli orqanlarda nümayəndəliyi təmin etmək. 

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.