“Huawei”in xalis mənfəəti 17,8 faiz artıb | Banco.az

“Huawei”in xalis mənfəəti 17,8 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Huawei” ilin yanvar-iyun dövründə xalis mənfəətini 17,8 faiz artırmağa müvəffəq olub.

Banco.az xəbər verir ki, Çinin telekommunikasiya və texnologiya şirkəti “Huawei” ilin yanvar-iyun dövründə yeni smartfon modelləri sayəsində xalis mənfəətini 17,8 faiz artıraraq 54,9 milyard yuana (7,7 milyard dollar) çatdırıb.

“Huawei” ilin yanvar-iyun dövrü üzrə maliyyə nəticələrini açıqlayıb.

Hesabata görə, çinli şirkətin gəlirləri ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz artaraq 417,5 milyard yuana (58,8 milyard dollar) çatıb. Şirkətin xalis mənfəəti isə 17,8 faiz artaraq 54,9 milyard yuan (7,7 milyard dollar) hesablanıb.

“Huawei” hesabatda ayrı-ayrı məhsul qruplarının satışı ilə bağlı heç bir məlumat verməsə də, şirkətin direktorlar şurasının sədri Erik Xu bəyan edib ki, ilin birinci yarısında şirkətin göstəriciləri onun proqnozlarına uyğundur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Huawei” 2023-cü ilin avqustunda Çində Mate 60 Pro seriyasının təqdimatı ilə ölkədəki smartfon bazarında birinci yerə yüksəlmişdi. Məlum olduğu kimi, ABŞ-ın Çinə texnologiya ixracına, xüsusilə çiplərə məhdudiyyətlər qoyması səbəbindən “Huawei”in cihazları ölkədə istehsal olunan çiplərlə işləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et