Huawei və SAIC dördüncü rübdə ilk elektrik avtomobilini bazara çıxaracaq | Banco.az

Huawei və SAIC dördüncü rübdə ilk elektrik avtomobilini bazara çıxaracaq

Müəllif - Eldar Kərimov/Banco.az

Çinin Huawei və SAIC Motor şirkətləri 2024-cü ilin dördüncü rübündə ilk birgə elektrik avtomobili modelini bazara çıxarmağı planlaşdırır, – deyə Yicai müstəqil mənbələrə istinadən yazır.

Yeni model Shangjie brendi altında təqdim ediləcəktəxminən 150 min yuan ($20,7 min) – 250 min yuan aralığında qiymətləndiriləcək. Bu, onu Huawei-nin Harmony Intelligent Mobility Alliance (HIMA) seriyasındakı ən ucuz model edəcək.

Avtomobil SAIC-in Roewe markasının bir modeli əsasında hazırlanacaqHuawei-nin "ağıllı" sürücülük texnologiyaları ilə təchiz olunacaq. Tamamilə elektriklə işləyən (BEV) iki versiyada satışa çıxarılması planlaşdırılır.

Bundan əlavə, Shangjie markasının ikinci modeli hələ müzakirə mərhələsindədir. Gözlənilir ki, bu model sıfırdan hazırlanacaq.