“Huawei” qatlanan smartfonunu təqdim etdi | Banco.az

“Huawei” qatlanan smartfonunu təqdim etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin texnologiya nəhəngi “Huawei” qatlanan “Huawei Mate X6” smartfonunu təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

Məlumata görə, cihaz 2440x2240 piksel təsvir ölçüsü və 1-dən 120 Hz-ə qədər hibrid tezliyi dəstəkləyən əsas 7,93 düymlük LTPO ekranı alıb. Açılan zaman “Mate X6” korpusunun qalınlığı 4,3 millimetr, cihazın çəkisi isə 239 qramdır. 

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, cihaz “Andoid OC” elementlərindən tamamilə imtina edən “HarmonyOS Next” əməliyyat sistemi ilə işləyəcək.

Şirkət elan edilmiş flaqmanın hansı prosessora əsaslandığını açıqlamayıb, lakin Çin mediası onun “Kirin 9100” çipini qəbul edə biləcəyini irəli sürüblər. Cihaz 12 giqabayt operativ yaddaş və 512 giqabayt daxili yaddaşa sahibdir.

Qeyd olunub ki, “Mate X6”nın qiyməti versiyadan asılı olaraq 1795-1933 dollar arasında dəyişəcək.