Huawei-nin mobil telefon satışları azalmayıb | Banco.az

Huawei-nin mobil telefon satışları azalmayıb

ABŞ-ın sanksiyalarına baxmayaraq Çinin Huawei şirkətinin ağıllı telefon (smartfon) satışları artıb.

2019-cu ilin ötən dövrü ərzində 200 milyon ədəd telefon satılıb. 

Huawei, bütün 2018-ci il ərzində çatdığı 200 milyon ədəd səviyyəsinə bu il 64 gün tez nail olduğunu qeyd edib.

Ötən həftə 9 aylıq maliyyə göstəricilərini açıqlamış Huawei, gəlirlərinin 24% artdığını, ağıllı telefon satışlarının da 26% artımla 185 milyon ədədə çatdığını bildirmişdi.  

Ən sərfəli kredit üçün müraciət et

"Huawe"inin mətbuat xidmətinin rəhbəri Joy Tan Android əməliyyat sisteminə güvənməyə davam edəcəklərini bildirib. O, başqa bir əməliyyat sisteminə keçmək üçün bir neçə illik işin yetərli olmadığını, bu dəyişikliyin istifadəçi etibarına da zərər verəcəyini söyləyib.

Hazırda Android əməliyyat sistemini dəyişdirməyi düşünmədiklərini bildirən Tan, "Android-ə alternativ bir əməliyyat sistemini inkişaf etdirmək illər tələb edir" - deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et