Müəllif:Mehin Qasımova/Banco.az
Huawei və BAIC şirkətləri ilə birgə qurulan lüks avtomobil markası Stelato ilk elektrik avtomobilini təqdim edib.
Banco.az xəbər verir ki, yeni Stelato S9 dəbdəbəli sedan seqmentində Mercedes S-Class kimi aparıcı adlara rəqib olaraq mövqe tutur.
Birlikdə fabrik quracaq markalar daha uzun üst seqmentli sedanlar, yolsuzluq avtomobilləri və MPV avtomobillərini də satışa çıxaracaq.
İstehsal hissəsini BAIC şirkəti üzərinə götürəcək avtomobil Huawei-nin bir çox texnoloji xüsusiyyətlərini özündə birləşdirəcək.
524 at gücündə ikili mühərrikə sahib olan Stelato S9, CATL şirkətinin istehsal etdiyi akkumulyatorlardan istifadə edəcək.
Bu xüsusiyyətlərə Buraya HarmonyOS əməliyyat sistemi, Huawei ADS 2.0 ağıllı sürücülük platforması, Huawei xPixel faralar, Huawei Sound səs sistemi, Huawei HiSilicon çipi, Huawei TMS 2.0 istilik nasosunun istilik idarəetmə sistemi və Huawei DriveONE 800V mühərrik qrupu daxildir.
Avtomobilin iyun ayında satışa çıxarılması gözlənilir. Huawei və Çin avtomobil istehsalçısı BAIC tərəfindən birgə hazırlanan Stelato S9-un qiyməti 60 min dollar olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!