Müəllif:Mehin Qasımova,Banco.az
"Huawei" 2031-ci ilə qədər qabaqcıl çip istehsalında qlobal liderlərə çatmağı planlaşdırır.
Banco.az xəbər verir ki, Şirkət iddiasına görə , 1,4 nanometrlik proses texnologiyasına bərabər tranzistor sıxlığına malik yüksək performanslı çiplər istehsal edə biləcək.
Əgər "Huawei" qabaqcıl çiplərin kütləvi istehsalında uğur qazanarsa, Çinin ABŞ ilə texnoloji rəqabətindəki əsas maneələrdən birini aradan qaldıracaq. Bundan əlavə, Huawei-nin çip istehsalı potensial olaraq rəqiblərinin çip istehsalından daha ucuz ola bilər.
Qeyd edək ki, "Huawei" 2019-cu ildən bəri ABŞ hakimiyyəti tərəfindən qara siyahıya alınıb və şirkətin qabaqcıl yarımkeçirici texnologiyalara çıxışı 2025-ci ildən bəri bloklanıb.
