HTC və “Asus” yerli bazarda sərt rəqabətlə üzləşib | Banco.az

HTC və “Asus” yerli bazarda sərt rəqabətlə üzləşib

Tayvanın “Asus” və HTC şirkətləri yerli smartfon bazarında rəqiblərin artan təzyiqi ilə üzləşiblər.
 
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bu günlərdə “Oppo” şirkəti Tayvanın smartfon bazarında HTC-ni geridə qoyub və iri smartfon istehsalçıları arasında dördüncü yeri tutub. İlk üçlük isə “Samsung”, “Apple” və “Asus” şirkətlərindən ibarətdir.
 
İyun ayında HTC-nin satışları 228,5 milyon dollar təşkil edib ki, bu da cari il üçün rekord hesab edilir. Bu isə “U 11” modelinin yaxşı startı ilə izah edilir. Ancaq yeni flaqman şirkətin göstəricilərini çox da yaxşılaşdıra bilməyib və artıq iyul ayında gəlirlər 205 milyon dollara qədər azalıb.
 
Analitiklər bildirirlər ki, ilin ikinci yarısında HTC üçün öz flaqman smartfonunu satmaq daha çətin olacaq. Çünki bazara “Samsung”, “Apple”, “Google” və “Huawei” şirkətlərinin yeni top modelləri çıxacaq.
 
“Asus” şirkətinin vəziyyəti də pisləşir. Bu ilin ikinci rübündə yerli bazarda smartfon satışları 7 illik minimuma qədər düşüb. Bu, istehsalçının yeni “ZenFone 4” smartfonunun təqdimat vaxtını dəyişdirməsinin əsas səbəblərindən biri olub. İndi “Asus” ilin nəticələrinə görə 15 milyon ədəd smartfon satışı həyata keçirməyi nəzərdə tutur, baxmayaraq ki, daha əvvəl 20 milyon ədəd satış planlaşdırırdı. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et