Honor ucuz, lakin tam ekranlı smartfon hazırlayır – YENİLİK | Banco.az

Honor ucuz, lakin tam ekranlı smartfon hazırlayır – YENİLİK

TENAA məlumatlar bazasında Hlk-AL00a kod işarəsi altında təklif edilən Honor markasının yeni smartfonu haqqında ətraflı məlumat yayılıb.

Mütəxəssislər hələ ki, cihazın final adını proqnozlaşdırmağa çalışmırlar. Öz növbəsində, smartfonun əsas xüsusiyyətləri və məhsuldarlıq parametrləri artıq elan edilib. Cihaz 2340x1080 piksel göstəricili 6,59 düym diaqonallı heyrətamiz displeyə malikdir. Bundan əlavə, ön kamera 16 meqapiksel sensor alıb, yeniliyin çəkisi 206 qramdır.

Yeni smartfon səkkiznüvəli prosessora və müxtəlif modifikasiyalarda 4-6 geqabayt operativ yaddaşa malikdir. Cihazın daxili yaddaşının ölçüsü 128-256 geqabaytdır. Yeniliyin əsas kamerası 48+2 meqapikselli ikili obyektivə sahibdir.

Ted.az