Honkonqun ən zəngin sakini işdən uzaqlaşır | Banco.az

Honkonqun ən zəngin sakini işdən uzaqlaşır

Hutchison investisiya kompaniyasının idarəetməsi gözlənildiyi kimi milyarderin oğluna keçəcək.

Milyarder Li Kaşin, uzun illər ərzində CK Hutchison Holdings Ltd şirkətinə rəhbərlik edib, o gələn il işlərdən uzaqlaşmağı planlaşdırır. Bu haqda, The Wall Street Journal öz mənbələrinə istinad edərək yazır.

Cari ilin iyul ayında iş adamının 90 yaşı tamam olacaq və çox güman ki bundan sonra o, isefa verəcək bu haqda, mətbəənin müsahibləri məlumat verib. Mənbəələrdən birinin sözlərinə əsasən, biznesmen bu haqda yaxın ətrafına – o cümlədən oğlu Viktor Liyə məlumat verib, güman ki işlər məhz onun əlində cəmlənəcək.

Ən sərfəli kredit üçün müraciət et

Digər mənbə isə qeyd edir ki, milyarder öz postunda ilin sonuna qədər qalacaq. Istefadan sonra, ö böyük məsləhətçi funksiyasını qorumaq istəyir.

 «Cənab Li, müəyyən zamanlarda öz istefasından söz salıb və Viktorun kompaniyanı idarə edə bilməsindən əminliyini ifadə edib.  Hal-hazırda Cənab Li  özünü çox yaxşı hiss edir və ərizəsini özü lazım bildiyi anda yazacaq” – Hutchison təmsilçisi məsələyə münasibət bildirərək, söyləyib. 

Ən sərfəli krediti almaq üçün müraciət et