Hollandiya Ukraynaya 18 milyon avro maliyyə yardımı edəcək | Banco.az

Hollandiya Ukraynaya 18 milyon avro maliyyə yardımı edəcək

Müəllif - Aida İsaq, Banco.az

Niderland hökuməti Ukraynaya 18 milyon avro maliyyə yardımı ayıracaq. 

Banco.az xəbər verir ki, müvafiq büdcə enerji infrastrukturunun təmiri məqsədi ilə avadanlıqların alınması üçün nəzərdə tutulub. Eyni zamanda buraya enerji təchizatının bərpası üçün lazım olan transformatorlar, keçid qurğuları və kabellər də daxildir.

Ümumilikdə, Hollandiya Ukraynanın qış mövsümini idarə etməsi üçün 180 milyon avro ayırıb.

Qeyd edək ki, bundan öncəki yardımlarda da həmçinin sığınacaqların təşkili, su borularının, evlərin təmiri, qaz, ərzaq və elektrik enerjisinin alınmasına sərf olunması nəzərdə tutulurdu.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et