Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da 29 gün davam edən qismən hökumət bağlanmasının sonu hələ görünmür.
Banco.az xəbər verir ki, Senatdakı Respublikaçılar federal qurumlara 21 noyabra qədər maliyyə təminatı vermək üçün müvəqqəti tədbirin qəbulunu tələb edir.
Demokratlar isə Uygun Qiymətli Qulluq Qanunu çərçivəsində amerikalıların sağlamlıq sığortası almasına kömək edən vergi güzəştlərinin uzadılmasını danışıqlara daxil etmək istəyirlər.
Kongres Büdcə Ofisi (CBO) xəbərdarlıq edir ki, federal xərclərin gecikməsi aşağı gəlirli amerikalılara yardım proqramlarını (əməkhaqqı kompensasiyası, ərzaq yardımı və s.) mənfi təsirə məruz qoyacaq və iqtisadi zərər yaradacaq.
CBO rəhbəri Filip Sveigel hesab edir ki, real ÜDM-dəki azalma sonradan qismən bərpa olunsa da, 7–14 milyard dollar arası itki kompensasiya olunmayacaq.
Hökumət bağlanması nəticəsində 750 min federal işçi məzuniyyətdədir, bəziləri isə maaş almadan işləməyə davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
