H&M-in qazancı iki dəfə artdı | Banco.az

H&M-in qazancı iki dəfə artdı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyanın ikinci ən böyük moda pərakəndə şirkəti olan İsveçin H&M şirkəti dekabr-fevral dövründə vergidən sonra 1,2 milyard kron (113,3 milyon dollar) mənfəət əldə edib.

Banco.az şirkətin məlumatlarına əsasən xəbər verir ki, bununla da H&M-in qazancı iki dəfədən çox artıb. Şirkətin baş icraçısı Daniel Erver vurğulayıb ki, onlar xərclərə nəzarət və təchizatçıları ilə sıx əməkdaşlıq sayəsində daha yaxşı nəticələr əldə ediblər. Qrupun əməliyyat mənfəəti demək olar ki, üç dəfə artaraq 2,1 milyard kron olub.Qeyd edək ki, Bloomberg sorğusunda analitiklər 1,3 milyard kron mənfəət gözlədiklərini açıqlamışdılar.  Amma bunun əvəzində  satışlar iki faiz azalaraq 53,7 milyard kron olub.

Xatırladaq ki, Zara-nın sahibi Inditex-dən sonra ikinci ən böyük moda pərakəndə şirkəti H&M şirkətinin 2024-cü il üçün hədəf marjası 10 faizin üzərindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et