"Hitachi" 28 milyard dollarlıq layihəni dayandırdı | Banco.az

"Hitachi" 28 milyard dollarlıq layihəni dayandırdı

Yaponiya şirkəti "Hitachi", Avropa Birliyindən çıxma planları alt-üst olan Böyük Britaniyada inşa edəcəyi 3 trilyon yen (28 milyard dollar) dəyərində atom enerji stansiyası layihəsini dondurmaq qərar verib.

"Hitachi", Uels bölgəsində yerləşən Angleseydə quracağı və qocalan obyektlərin yerini alması düşünülən Horizon Atom Stansiyası üçün xüsusi sərmayədar tapmaqda çətinlik çəkirdi. Kompleksin İngiltərənin istifadə etdiyi enerjinin 6%-ni qarşılaması gözlənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

"Hitachi"nin yaydığı yazılı açıqlamasında, "Özəl bir şirkət olaraq, iqtisadi əsaslar ilə layihəni dondurmaq qərarı verdik" deyilir.

"Hitachi" investorların narahatlıqlarını azaltmaq üçün Böyük Britaniya hökumətindən maliyyə dəstəyini artırmasını istəmişdi, ancaq yaxınlaşan Brexit-ə görə hökumət bu kimi planlara dəstək verə bilmir.

Marja