Müəllif:Ayşən İmanova/Banco.az
Ötən ay Hindistan 10,06 milyard dollar dəyərində qızıl idxal edib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin avqust ayı ilə müqayisədə 2 dəfə, bu ilin iyul ayı ilə müqayisədə isə 3 dəfə çoxdur və ümumilikdə Hindistan mediasının hesablamalarına görə, tarixi rekorddur.
Qızıl idxalının artmasının mümkün amilləri arasında rüsumların azaldılması və qızılın dünya üzrə qiymətinin bahalaşması göstərilib.
Qeyd edilib ki, iyul ayında Hindistanda qızıla idxal rüsumları kəskin şəkildə azalıb - 15%-dən 6%-ə. Analitiklər belə tədbirlərin qızıla tələbi artıracağını proqnozlaşdırırlar.
İlin cəmi 8 ayında Hindistana qızıl idxalı 32,294 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 30% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!