Hindistanın qadağasından sonra Bitkoin ucuzlaşdı | Banco.az

Hindistanın qadağasından sonra Bitkoin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Hindistandakı kriptovalyuta qadağası xəbərindən sonra Bitkoin kəskin ucuzlaşaraq 54 min dollardan geriləyib. 

Məlum olduğu kimi, Bitkoin həftəsonu 61 min dollar səviyyəsini üstələməklə növbəti rekorda imza atmışdı. Ancaq qazancını saxlaya bilməyən bu kriptovalyuta növü 10%-dən çox geriləməklə 54 min dollardan ucuzlaşıb. Günün irəliləyən saatlarında isə qismən yüksələrək 55 min dolları keçməyə müvəffəq olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Bitkoinin qiymətinin ucuzlaşmasına təsir göstərən başlıca amil dünyanın əhali sayına görə birinci ölkəsi olan Hindistanın kriptovalyuta növlərini qadağan edən qanun layihəsi hazırlaması olub.

Qeyd edək ki, ən dəyərli kriptovalyuta hesab edilən Bitkoinin ucuzlaşması digər növlərə də təsir göstərib. Ethereum da ötən sutka ərzində 6,57% geriləyərək 760 dollara qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et