Müəllif:Mehin Qasımova/Banco.az
Hindistanın paytaxtı Mumbay (mərkəzi Maharaştra ştatı) orada yaşayan milyarderlərin sayına görə Asiya şəhərləri arasında lider olub.
Banco.az xəbər verir ki, bu nəticə Hindistanın Hurun İndia reytinq agentliyinin araşdırmasında yer alıb.
Məlumata görə, Mumbay Pekini qabaqlayaraq ilk dəfə olaraq Asiya milyarderlərinin paytaxtı olub. Hindistanın paytaxtında 92 milyarder, Çin paytaxtında isə 91 milyarder yaşayır. Buna baxmayaraq, ümumilikdə Çin, sərvəti 1 milyard dollardan çox olan sakinlərin sayına görə hələ də Hindistanı qabaqlayır: Çində 814 milyarder, Hindistanda isə cəmi 271 milyarder var.
Dünya miqyasında Mumbay milyarderlərin sayına görə Nyu-York (119) və Londondan (97) sonra üçüncü yerdədir.
Araşdırmada qeyd edildiyi kimi, 2024-cü ilin əvvəlindən Mumbay 26 dollar milyarderini əlavə edib. Eyni zamanda, Pekində onların sayı 18 nəfər azalıb. Mumbayda milyarderlərin ümumi sərvəti 445 milyard dollardır.