Hindistanın Azərbaycandan idxal etdiyi neftin həcmi artıb | Banco.az

Hindistanın Azərbaycandan idxal etdiyi neftin həcmi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-may aylarında Hindistana 610 milyon 361 min dollar dəyərində neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 159,6 milyon dollar və ya 20,7% azdır.

Hindistana ixrac edilən neftin dəyərinin azalmasına baxmayaraq, həcmi 68,1 milyon ton artıb.

Belə ki, cari ilin 5 aylıq dövründə Azərbaycanın Hindistana satdığı neftin həcmi 1,1 milyon ton olub.  

Məlumata görə, hesabat dövründə Hindistan Azərbaycandan ən çox neft idxal edən 4-cü ölkə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et