Hindistanın Azərbaycandan idxal etdiyi neftin həcmi 6,5% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Hindistanın Azərbaycandan idxal etdiyi neftin həcmi 6,5% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin birinci yarısında (yanvar-iyun ayları) Hindistana 610 milyon 361 min dollar dəyərində 1 milyon 27 ton ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 159,6 milyon dollar və ya 20,7% azalıb.

Hindistana neft ixracının həcmi isə ötən ilin yanvar-iyun aylarına nisbətdə 6,5% artıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan Hindistana 959,1 min ton neft satıb. 

Qeyd edək ki, hesabat dövründə Hindistan Azərbaycandan ən çox neft idxal edən 4-cü ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram