Müəllif - Aida İsaq, Banco.az
Hindistan G20-nin iclasında Rusiyaya qarşı hər hansı formada sanksiyaları müzakirə etməyin tərəfdarı deyil.
Banco.az xəbər verir ki, sözügedən ölkənin nümayəndələri Rusiyaya qarşı mövcud sanksiyaların dünyaya mənfi təsir göstərdiyini bildirib. Bu münasibətlə Yeni Dehlinin əlavə məhdudlaşdırıcı tədbirləri müzakirə etməkdə və ya dəstəkləməkdə maraqlı olmadığı qeyd olunur. Eyni zamanda bildirilir ki, sanksiyalar G20-nin əsas mövzusu olmamalıdır.
Qeyd edək ki, Rusiyanın Hindistandakı səfiri Denis Alipovun sözlərinə görə, Qərb Nyu Dehlinin Rusiyaya qarşı kampaniyanın bir hissəsi olmasına çalışır. Qərb dövlətləri bu məqsədlər üçün müxtəlif vasitələrdən istifadə etsələr də, Hindistan tərəfi mövqeyini dəyişməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!