Hindistan Rusiyadan neft idxalını azaldır – Səbəb nədir? | Banco.az

Hindistan Rusiyadan neft idxalını azaldır – Səbəb nədir?

 Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ukraynadakı müharibə başlayandan bəri Hindistan Rusiyadan neft idxalı edən əsas ölkələrdən sayılırdı.

Amma bir neçə ayın statistikasına əsasən bu idxalın həcmi son 7 il ərzində ən aşağı səviyyəyə düşüb. Banco.az-ın məlumatına görə, oktyabr ayında Hindistanın Rusiyadan neft idxalının həxmi rekord həddə çatıb.

Görünür, Rusiyanın Avropa ölkələrinə endirim etməməsi səbəbindən Hindistan da özünə başqa tərəfdaş axtarmağa başlayıb.

“Kpler” və “Refinitiv”dən ticarət axınları ilə bağlı ilkin məlumatlara əsasən, Vladimir Putinin Asiyadakı müttəfiqi neft ehtiyacları üçün Körfəz ölkəsi Səudiyyə Ərəbistanına üz tutmağa başlayıb.

Vəziyyət ilə bağlı “Refinitiv”in analitiki İhsan Hak deyib ki, Rusiya neftinin idxalının azaldılması nəticəsində Moskva neft tədarükçülərini əlavə endirimlər etməyə məcbur edəcək.

“Refinitiv”in məlumatlarına görə, avqustda Rusiyadan idxal iyul ayı ilə müqayisədə 5.1 faiz azalaraq gündə təxminən 1,5 milyon barelə düşüb. Əksinə, Səudiyyə Ərəbistanından alışlar isə təxminən 63 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Neft emalı zavodundan olan mənbənin məlumatına görə, Rusiya neftinin oktyabr ayı üçün neftin barel qiymətində endirimlər Brent fyuçersləri ilə müqayisədə 5 dollardan aşağıdır.

Reuters agentliyi isə yazır ki, Hindistanın neft emalı zavodları Rusiya neftinin idxalını azalda bilər.

Analitiklərin proqnozlarına görə,  Hindistan və Asiyada benzin tələbinin artdığı bir vaxtda OPEC istehsalçı qrupunun neftini azaltması ilə bağlı qərarı Dehlini ABŞ-a aparacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et