Hindistan Rusiyadan neft idxalında Aİ standartına əməl etməyəcək | Banco.az

Hindistan Rusiyadan neft idxalında Aİ standartına əməl etməyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan öz enerji ehtiyaclarına prioritetləşdirməklə Rusiyadan neft almağa davam edəcək.

Banco.az xəbər verir ki, Hindistanın Xarici işlər Naziri Subrahmanyam Caişankar ölkəsində səfərdə olan almaniyalı həmkarı Annalena Baerbok ilə görüşdən sonra açıqlama verib.

Avropa ölkələrinin öz enerji ehtiyaclarını üstün tutaraq Hindistandan başqa cür rəftar gözləməyin düzgün olmadığını qeyd edən Caişankar, "Avropa öz seçimini edəcək. Bu, onların haqqıdır", deyib.

Xatırladaq ki, Hindistan indiyədək Rusiya nefti üçün G7 ölkələri və Avropa İttifaqı (Aİ) tərəfindən müəyyən edilmiş 60 dollarlıq maksimal qiymətə standartına əməl etməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram