Müəllif - Aida İsaq, Banco.az
Hindistan Rusiya nefti üçün müəyyən olunan qiymət limitinə riayət olunması ilə bağlı şayiələri təkzib edib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin neft nazirliyi məlumat verib. Məlumata görə, Hindistan tərəfi G7 və Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlərə əməl etmək məcburiyyətində olmadığını bildirib.
Qeyd edək ki, Hindistan 2022-ci ilin yazından Rusiya neftinin alışını kəskin şəkildə artırıb. Nəticədə 2023-cü ilin yanvarında Rusiya neft ixracının 85 faizi bu ölkənin payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!