Müəllif - Aida İsaq, Banco.az
Hindistan Rusiya neftini emal edərək onu dizel yanacağı formasında Aİ-yə geri idxal edəcək.
Banco.az xəbər verir ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından öncə ölkə Avropanın ən böyük yanacaq tədarükçüsü idi. Lakin qeyd olunur ki, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar qlobal dizel yanacağının axın istiqamətlərini əhəmiyyətli dərəcədə dəyişəcək. Beləliklə, Rusiyanın yeni neft alıcıları yanacağın Avropaya geri göndərilməsinə şərait yaradacaq. Son məlumatlara əsasən, ABŞ və Hindistan istehlakla müqayisədə istehsalın çox olması fonunda Aİ-yə tədarükləri artırmağa davam edir. Eyni zamanda, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Hindistan endrimli qiymətlərlə Rusiya neftinin ən böyük alıcılarından birinə çevrilib.
Bizi sosial şəbəkələrdən izləyin!!