Hindistan qızıl idxalını 9,6 milyard dollara çatdırıb | Banco.az

Hindistan qızıl idxalını 9,6 milyard dollara çatdırıb

Müəllif:Mehin Qasımova,Banco.az

Hindistan 2025-ci ilin sentyabrında 9,615 milyard dollar dəyərində qızıl idxal edib.

Banco.az xəbər verir ki, bu barədə  ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Bu, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 2,1 dəfə, 2025-ci ilin avqust ayı ilə müqayisədə isə 1,8 dəfə çoxdur.

Ümumdünya Qızıl Şurasının analitiki Kavita Çakko daha əvvəl proqnozlaşdırmışdı ki, qızıla tələbat oktyabr-dekabr güclənə bilər:

Tələbin artımı həmçinin davamlı investor marağı, toylar və digər hallar üçün zərgərlik alışları və aşağı istehlak vergilərinin potensial təsiri ilə şərtlənir.

Hindistanda mal və xidmət vergisi islahatı sentyabrın 22-də qüvvəyə minib.

2025-ci ilin cəmi 9 ayında Hindistan 36,016 milyard dollar dəyərində qızıl idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.

Hindistan dünyanın ən böyük qızıl istehlakçılarından biridir və özü demək olar ki, heç bir qızıl istehsal etmir.