Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistan Ehtiyat Bankı (mərkəzi bank) uçot dərəcəsini sabit saxlayıb.
Banco.az xəbər verir ki, Hindistan Ehtiyat Bankı (RBI) cümə günü baş tutan iclasında uçot dərəcəsini dəyişməz olaraq saxlayıb.
Belə ki, RBI repo dərəcəsini 6.50 səviyyəsində saxlayıb. İqtisadçılar da faiz dərəcəsinin 6,50 faiz səviyyəsində qalacağını gözləyirdilər.
Mərkəzi Bank artan neft qiymətləri və Fed-in monetar sərtləşdirməsinin rupiyə təzyiq göstərməsi səbəbindən inflyasiyaya yönəlməyə davam edib.
Bizi sosial şəbəkələrdən izləyin!!