Hindistan Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Hindistan Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistanın Ehtiyat Bankı (mərkəzi bank) uçot dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Hindistan Ehtiyat Bankı ardıcıl üçüncü iclasda da faiz dərəcələrini sabit saxlasa da, ərzaq qiymətlərinin inflyasiyanı artırmağa davam etməsi halında tədbir görməyə hazır olduqlarını vurğulayıb.

Belə ki, mərkəzi bank uçot dərəcəsini 6,50% səviyyəsində sabit saxlayıb. Qərar yekdilliklə qəbul edilib. 

İqtisadçıların da proqnozları məhz bu istiqamətdə idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram