Hindistan Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Hindistan Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan Ehtiyat Bankı (mərkəzi bank) faiz dərəcələrini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Hindistan Ehtiyat Bankı (RBI) siyasət dərəcəsi olaraq istifadə etdiyi repo faizində gözləntilərin əksinə olaraq heç bir dəyişiklik etməyib.

Bankın bəyanatında pul siyasəti komitəsinin repo faizini 6,50 faiz səviyyəsində saxlamağa qərar verdiyi açıqlanıb.

Bazarın proqnozu isə siyasət faizinin 25 baza bəndi artacağı istiqamətində idi.

Qeyd edək ki, RBI təxminən 2 ildir 4,00 faiz səviyyəsində saxladığı repo dərəcəsini keçən ilin may ayında artırmağa başlayıb və o vaxtdan bəri keçirilən 6 iclasda bank ümumilikdə 250 baza bəndi artım həyata keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et