Müəllif:Ayşən İmanova/Banco.az
Hindistan 2024-cü ilin iyul ayında 3,13 milyard dollar dəyərində qızıl idxal edib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin iyul ayı ilə müqayisədə 11% az, lakin bu ilin iyun ayı ilə müqayisədə 2% çoxdur.
Dünya Qızıl Şurasının analitiki Kavita Çakko qeyd edir ki, Hindistanda qızıla tələb həm bu il (alış mövsümü avqust-dekabr aylarıdır), həm də uzunmüddətli perspektivdə aşağı gömrük rüsumları səbəbindən əhəmiyyətli dərəcədə arta bilər.
İlin cəmi 7 ayında Hindistana qızıl idxalı 22,234 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 12% çoxdur.
Qeyd edək ki, Hindistan dünyada qızılın ən böyük istehlakçılarından biridir, lakin demək olar ki, özü istehsal etmir.
Bizi sosial şəbəkələrdən izləyin!!