Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistan istehsalı olan "iPhone Pro" və "Pro Max" modelləri bu il satışa çıxarılacaq.
Banco.az xəbər verir ki, “Apple” şirkəti özünün ən bahalı telefon modelləri olan “iPhone Pro” və “Pro Max”ı Hindistandakı müəssisələrdə istehsal etməyi və satışa çıxarmağı planlaşdırır.
Mənbələrin "Bloomberg"ə verdiyi məlumata görə, "Foxconn Technology Group" bu ilin payızında qlobal bazara çıxarıldıqdan bir neçə həftə sonra yeni cihazların istehsalına başlayacaq.
Mənbələr "iPhone 16 Pro" və "Pro Max"ı qlobal təqdimata mümkün qədər yaxın istehsal etməyə tələsən şirkətin Tamil Nadu ştatının cənubundakı fabrikində minlərlə işçiyə təlim keçməyə başladığını bildiriblər.
Qeyd edək ki, "Apple"ın bütün "iPhone" seriyalarının Hindistanda istehsalı ABŞ texnologiya nəhənginin 2021-ci ildə sürət qazanmağa başlayan addımı üçün mühüm mərhələdir.
Xatırladaq ki, "Apple" "iPhone"ların böyük əksəriyyətini Çində istehsal edir, lakin Pekin və Vaşinqton arasındakı gərginliklə bağlı riskləri azaltmaq üçün tədricən fəaliyyətlərini bu ölkədən uzaqlaşdırmağa çalışır. Bu addım "Apple"ın 2024-cü ilin martına qədər olan maliyyə ilində Hindistanda 14 milyard dollar dəyərində "iPhone" istehsal etməsi ilə nəticələnib. Bu, şirkətin qlobal istehsalının 14 faizinə bərabərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!