Hindistan dünyanın ən çox əhalisi olan ölkəsi olacaq | Banco.az

Hindistan dünyanın ən çox əhalisi olan ölkəsi olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Birləşmiş Millətlər Təşkilatı (BMT) Hindistanın aprelin sonuna qədər dünyanın ən sıx məskunlaşdığı ölkə olacağını bildirib.

Banco.az xəbər verir ki, BMT Hindistanın yaxın iki həftə ərzində Çini keçərək dünyanın ən sıx əhalisinə malik ölkəsi olacağını açıqlayıb. 

Məlum olduğu kimi, Hindistanda hər 10 ildən bir keçirilən siyahıyaalma Kovid-19 pandemiyası səbəbindən bu ilə təxirə salınmışdı. Sözügedən siyahıyaalmanın nəticəsində də Hindistan əhalisinin 1,4 milyarda çatacağı gözlənilir.

Mütəxəssislər əhalinin sayının azalmasına Çinin 1979-2016-cı illər arasında həyata keçirdiyi “bir uşaq” siyasəti, yüksək yaşayış və təhsil xərcləri və son 3 ildə tətbiq olunan sərt “sıfır Kovid” siyasətinin səbəb olduğunu bildirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et